Bölmələr

Iç Dunyam [0]
Seirler [11]
Meqaleler [2]
Hekayeler [5]
Povest [0]
Roman [0]
Revayetler [0]
Heyati [2]
M.Ə. Sabir [2]
Hophopname

Axtar

Təqvim

«  Noyabr 2010  »
B.eÇ.aÇC.aCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

Sorğu

Saytimiz xoshunuza gelir?
Cemi Cavablar: 168

Mini-chat

Statistika


Onlaynda olanlar: 1
Qonaqlar: 1
Saytda olanlar: 0
Мой сайт
Cüme, 19.04.2024, 22:18
Приветствую Вас Гость
Главная | Регистрация | Вход | RSS
Главная » 2010 » Noyabr » 27 » Mikayıl Müşfiq-Yenə o bağ olaydı!
14:30
Mikayıl Müşfiq-Yenə o bağ olaydı!

Yenə o bağ olaydı, yenə yığışaraq siz 

O bağa köçəydiniz.

Bizdə buradimizca felekden kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez tez görəydim,

Qələmə söz verəydim,

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham...

Yazaydim səhər-axşam.

Arzuya bax sevgilim tellərindən incəmi?

Söylə, ürəyincəmi?


Yenə o bağ olaydi, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla ruhumun dindirəydin,

Məni sevindirəydin.

Gizli söhbət  açaydın ruhun ehtiyacindan,

Qardaşından, bacından.

Çəkinərək hər axşam söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Yenə də bir vuraydı qəlbimiz gizli gizli,

Sən ey esmər bənizli!


Bu yaz bir başqa yazdır, bu daha da xoşdu,

Vay o qəlbə ki, boşdur!

Hər üfiqdə bir həvəs, hər bucaqda bir ümid,

İnsanlar daha məsud,

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

İnsanların vuqarı, tələbi daha yüksək.

Yolumuzda daş kəsək

Təmizlənmiş bir azda. Ellərin keyfi sazdır,

Bu yaz bir başqa yazdır.


Bu nə gözəl şeirdi, bu nə gözəl mənzərə,

Gəlin baxın Xəzərə.

Çıxalim Buzovnada kiçik qayalıqlara,

Seyr edəlim bir ara...

Gecələr sayrışarkən ulduzlar lalə kimi,

İşıqlar jalə kimi

Çilənib dagilarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla

Nə gözəldir dolaşmaq isti yay fəsilləri

Bu sərin sahilləri!

Nə gözəldi səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz!

Şəklindəki sulardan baxaraq ləzzət almaq,

Bu mavi seirə dalmaq.

Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək

 Bəzən hürküb çəkinmək.

Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,

Bizim bu həyat kimi!

Yenə o bağ olaydi sevdalar ölkəsində,

O söyüd kölgəsində,

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa...

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

dolu qədəhlər kimi.

Yarpaqlar arasında uzadaraq əlini,

Oxşayaraq telini,

Gecələr darayardı saçlarını, ay gözəl?

Sən gözəlsən, ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağında bir qızıl tana kimi,

Günəş doğana kimi.




Категория: Seirler | Просмотров: 2440 | Добавил: YaQuBZaDe | Рейтинг: 2.0/1
Всего комментариев: 2
2 nermin  
0
cox gozel weyirleri var men cox beyenirem

1 nermin  
0
cox beyenirem hele o, yene o bag olaydi sozunu cox sevirem bu weyirlerin hamisi cox gozeledir

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]