Bölmələr

Iç Dunyam [0]
Seirler [11]
Meqaleler [2]
Hekayeler [5]
Povest [0]
Roman [0]
Revayetler [0]
Heyati [2]
M.Ə. Sabir [2]
Hophopname

Axtar

Təqvim

«  Oktyabr 2010  »
B.eÇ.aÇC.aCŞB
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Sorğu

Saytimiz xoshunuza gelir?
Cemi Cavablar: 168

Mini-chat

Statistika


Onlaynda olanlar: 1
Qonaqlar: 1
Saytda olanlar: 0
Мой сайт
Çerşenbe axşamı, 16.04.2024, 07:48
Приветствую Вас Гость
Главная | Регистрация | Вход | RSS
Главная » 2010 » Oktyabr » 26 » Bakıya bu gün yağış yağıb… // AiD
17:37
Bakıya bu gün yağış yağıb… // AiD
Bakıya bu gün yağış yağıb. Hər şey həmişə olduğu kimi idi. Yağışın damcıları pəncərədə görünürdü, bu mənzərəni hər zaman sevmişəm.
Yerimdən qalxıb dərhal eyvana qaçdım. Saat 5:00 olardı. Prospektin görünüşü: Qara asfalt yağışdan biraz da tündləşmişdi. Sarı işıqlar isə təkcə küçəyə yox həm də duyğularıma işıq salırdı. İçimnən hamını və hər şeyi sevmək keçirdi. Bakıya bu gün yağış yağıb. Yarpaqlar üzərində kiçik gölməçələr sərçələr üçün böyük bir hədiyyə idi.
Sərçələr heç vaxt Vətəni tərk etmir, Təbiət də onları bu cür xırda gözəlliklərlə sevindirir. Dərindən nəfəs aldım. Sanki ilk dəfə nəfəs alırdım. Çətinlikləri görmüş hüceyrələrim məhv olur, sevgi oduyla alışanları isə yenicə doğulurdu. Əynimə qalın bir şey atıb gəzməyə çıxdım. Bu küçənin doğmalığını hər addımda hiss edirdim.
Yol boş olsa da, ürəyim doluydu və hər addımı atdıqca sanki sənə yaxınlaşırdım, nə qədər uzaqda olduğunu dərk etsəm də…
Uzaqdan eyvanımıza baxdım, qaranlıq idi, hamı yatırdı. Küçədən keçənlər isə mənə fikir vermirdilər. Hər halda ya sərxoş idilər ya da fikirli. Mən də fikirliydim, daim səni düşünürdüm.
Biraz keçdikdən sonra isə bir qəribəlik fikrimi səndən ayırdı. Bakıya yağış yağırdı. Amma damcılar nədənsə mənə toxunmurdu, həyəcanlandım və biraz qorxdum.
Yerdəki gölməçədə əksimi görməyəndə isə nə hiss etdiyimi belə anlamadım. Hər şey mənə bir səsdən sonra aydın oldu: "BÖLÜK QALXXX !” Ehh… Bu yuxu imiş…
Axşam xəbərlərdə eşitmişdim ki, "Bakıya bu gün yağış yağıb”. Özüm bacarmasam da, ruhum Bakının yağışına olan sevgisinə sadiq qaldı. Səhər isə ruhum mənə pıçıldadı: "Bakıda artıq yarpaqlar saralmağa başlayıb, yaşıllaşanda sən də evdə olacaqsan…”
Категория: Hekayeler | Просмотров: 857 | Добавил: RaPeR | Рейтинг: 5.0/1
Всего комментариев: 3
3 Arif  
0
esger kimi ideyalari olan mence insanlar az tapilar

2 hosted  
0
aid ,halaldir/////

1 Aynur Sadiq  
0
ela!! Gozel yazidi...

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]